Ucnoqta.az
www.ucnoqta.az

Yeni Zelandiya Ukraynaya 9.5 milyon dollar verəcək

07:35 - 23 İyun 2025 tarixində dərc olunub.

Yeni Zelandiya hökuməti Ukraynaya silah və bu ölkənin sakinlərinə humanitar yardım almaq üçün 9,5 milyon dollar ayıracaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Kristofer Lakson məlumat verib.

Qeyd edilir ki, 16 milyon Yeni Zelandiya dolları (9,5 milyon dollar) məbləğində ümumi yardım paketinin 8 milyonu (4,8 milyon dollar) silah və PUA-ların alınmasına yönəldiləcək.

Daha 7 milyon Yeni Zelandiya dolları (4,1 milyon dollar) münaqişədən zərər çəkənlərə humanitar yardımın təşkili üçün, 1 milyon Yeni Zelandiya dolları (600 min dollar) isə ölkələrindən kənarda yaşayan ukraynalı qaçqınlara yardım üçün gedəcək.

Müəllif: Ucnoqta.az redaksiyası