Ucnoqta.az
www.ucnoqta.az

"Flamenqo" "Çelsi"ni məğlub etdi

00:08 - 21 İyun 2025 tarixində dərc olunub.

Klublararası dünya çempionatının qrup mərhələsinin ikinci turunda Braziliyanın “Flamenqo” klubu İngiltərənin “Çelsi” klubunu 3:1 hesabı ilə məğlub edib.

Ucnoqta.az xəbər verir ki, qarşılaşma Filadelfiyada (Pensilvaniya, ABŞ) baş tutub.

Qaliblərin qollarını Bruno Henrike (62-ci dəqiqə), Danilo (65) və Uolles Yan (83) vurub. "Çelsi"nin heyətində Pedro Neto (13) fərqlənib. 68-ci dəqiqədə "Çelsi"nin hücumçusu Nikolas Cekson birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Müəllif: Ucnoqta.az redaksiyası