Ucnoqta.az
www.ucnoqta.az

Hərbi əməliyyatlar İranın nüvə proqramına düzgün cavab deyil - Makron

14:32 - 20 İyun 2025 tarixində dərc olunub.

Makron hərbi əməliyyatları İranın nüvə proqramına təhlükəli cavab hesab edir

Ucnoqta.az xəbər verir ki, bu fikri Fransa prezidenti Emmanuel Makron BFMTV kanalında deyib.

"İranın nüvə proqramı təhdiddir, biz bu məsələdə yumşaq ola bilmərik", - Makron bildirib. Amma heç kim ciddi şəkildə inana bilmir ki, bu təhlükəyə hazırda davam edən hərbi əməliyyatlarla cavab vermək olar”.

Fransa lideri vurğulayıb ki, İranda son dərəcə yaxşı qorunan obyektlər var.

"Bu gün heç kim 60%-ə qədər zənginləşdirilmiş uranın harada olduğunu deyə bilməz. Bu proqrama nəzarəti bərpa etmək lazımdır - texniki ekspertiza və danışıqlar yolu ilə", - Makron qeyd edib.

O, həmçinin əlavə edib ki, enerji infrastrukturuna və mülki obyektlərə zərbələr harada həyata keçirilməsindən asılı olmayaraq qəbuledilməzdir.

Müəllif: Ucnoqta.az redaksiyası