İsrailin müdafiə naziri İsrael Katz orduya “rejimi sabitliyi pozmaq” üçün İrana zərbələri gücləndirməyi əmr edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ynet məlumat yayıb. Katz “rejimi sabitliyi pozmaq və İsrailin arxasına raket hücumlarına qarşı çəkindirməni gücləndirmək” məqsədilə İslam Respublikasında hökumət obyektlərinə zərbələrin intensivləşdirilməsini əmr edib.
Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələrinə məxsus 50 döyüş təyyarəsi İranın nüvə proqramı ilə bağlı "prioritet hədəflərə" və Tehrandakı raket hissələrinin istehsalı sahələrinə hücum edib.