Ucnoqta.az
www.ucnoqta.az

Təcili xəstəxanaya yerləşdirilən aktyorla bağlı AÇIQLAMA

11:09 - 20 İyun 2025 tarixində dərc olunub.

Aktyor Vüsal Murtuzəliyevin vəziyyəti stabildir.

Ucnoqta.az xəbər v erir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, iyulun 19-u saat 14:40 radələrlində 1982-ci il təvəllüdlü şəxs Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasının Poliklinika şöbəsinə kəskin baş ağrıları, baş gicəllənmə səbəbilə müraciət edib:

"Həkim müayinəsindən sonra pasiyentə dəqiqləşdirilməmiş beyindaxili qansızma diaqnozu təyin edilib və müvafiq şöbəyə yerləşdirilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir", - deyə məlumatda qeyd edilib.

Müəllif: Ucnoqta.az redaksiyası