Ucnoqta.az
www.ucnoqta.az

Bakının bəzi yollarında tıxac var - SİYAHI

08:29 - 19 İyun 2025 tarixində dərc olunub.

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Hazırda:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;

2. Binəqədi şosesi, "Azadlıq prospekti" metrostansiyası istiqamətində;

3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;

4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

5. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

Müəllif: Ucnoqta.az redaksiyası