Ucnoqta.az
www.ucnoqta.az

Hamamda qaz partlayıb, xəsarət alan var

19:46 - 18 İyun 2025 tarixində dərc olunub.

Gəncədə yeniyetmə qız yanıq xəsarəti alıb.

Ucnoqta.az xəbər verir ki, şəhər sakini 2010-cu il təvəllüdlü G. Verdiyeva üz, əl və saçının yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal ona yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə G. Verdiyeva yaşadığı evin vanna otağında qazla çalışan qızdırıcını yandıran zaman ehtiyatsızlıqdan partlayış olub.

Nəticədə yeniyetmə qız yanıq xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası