Ucnoqta.az
www.ucnoqta.az

Biləsuvarda 6 yaşayış məntəqəsinin qazı kəsiləcək

16:52 - 18 İyun 2025 tarixində dərc olunub.

Biləsuvar rayonunun 6 yaşayış məntəqəsində qaz kəsiləcək.

Ucnoqta.az-ın məlumatına görə, buna səbəb "Xırmandalı" Qazpaylayıcı Stansiyasında orta təzyiqli qaz xəttinin kipliyə sınaq edilməsidir.

Nəticədə iyunun 20-də saat 10:00-dan etibarən, işlər başa çatana qədər Biləsuvar şəhərində və rayonun 5 kəndi olmaqla, ümumilikdə 2 min 150 abonentin təbii qaz təchizatı müvəqqəti dayandırılacaq.

Müəllif: Ucnoqta.az redaksiyası