Ucnoqta.az
www.ucnoqta.az

Bakıda kişi tanışını bıçaqlayıb

10:03 - 17 İyun 2025 tarixində dərc olunub.

Bakıda kişi tanışını bıçaqlayıb.

Ucnoqta.az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda baş verib.

Belə ki, 1963-cü il təvəllüdlü Əbdüləli Həsənov mübahisə zamanı üzərində olan bıçaqla tanışı 1979-cu il təvəllüdlü İlkin Ələskərovu bıçaqlayıb.

Əbdüləli Həsənov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Müəllif: Ucnoqta.az redaksiyası