Ucnoqta.az
www.ucnoqta.az

Lənkəranda 8 yaşlı uşağı maşın vurub

17:27 - 11 İyun 2025 tarixində dərc olunub.

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə günorta saatlarında Lənkəran şəhərinin Müzəffər Nəsirli küçəsində baş verib.

Hərəkətdə olan nəqliyyat vasitəsi rayon sakini 2017-ci il təvəllüdlü R.Ş-ni vurub. Azyaşlı dərhal Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası