Ucnoqta.az
www.ucnoqta.az

Şamaxı və Xızıda yenə zəlzələ oldu

10:52 - 6 İyun 2025 tarixində dərc olunub.

Pirqulu stansiyasından 15 km şimal-şərqdə Şamaxı rayonunda zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələ episentrdə 4 bal, Şamaxı və Xızı rayonlarının episentrə yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub.

Müəllif: Ucnoqta.az redaksiyası