Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda daha bir zəlzələ oldu

16:24 - 5 İyun 2025 tarixində dərc olunub.

Şamaxı rayonu ərazisində 3,7 maqnitudalı zəlzələ olub.

Bu barədə Ucnoqta.az-a Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Yerli vaxtla saat 16.02-də baş verən zəlzələnin ocağı 7 km dərinlikdə yerləşib.

Zəlzələ episentrdə 4, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.

Müəllif: Ucnoqta.az redaksiyası