Ucnoqta.az
www.ucnoqta.az

İsrail ordusu Suriyaya zərbələr endirib

00:04 - 4 İyun 2025 tarixində dərc olunub.

İsrail Müdafiə Qüvvələri (IDF) İsrail ərazisinə atılan iki mərmiyə cavab olaraq Suriyanın cənubundakı hədəfləri vurub.

Ucnoqta.az-ın məlumatına görə, İDF sözçüsü açıqlamasında bildirib ki, zərbələr artilleriyadan endirilib.

İsrail hərbçiləri daha əvvəl bildirmişdilər ki, onlar Suriya ərazisindən atılan iki mərmi aşkar ediblər. Raketlər İsrail ərazisinə uçub və yaşayış olmayan əraziyə düşüb.

Müəllif: Ucnoqta.az redaksiyası