Ucnoqta.az
www.ucnoqta.az

Çaylarda sululuq artıb

09:39 - 27 May 2025 tarixində dərc olunub.

Bəzi çaylarda sululuq artıb.

Ucnoqta.az xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Böyük Qafqaz ərazisindən axan Qarasuçayda 16 sm, Əyriçayda 2 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Zabuxçayda 8 sm, Kür çayının aşağı axınında Kür-Yevlaxda 17 sm, Kür-Zərdabda isə 25 sm artım qeydə alınıb.

Müəllif: Ucnoqta.az redaksiyası