Ucnoqta.az
www.ucnoqta.az

Bu il Məhərrəm ayı nə vaxt başlayır?

16:02 - 26 May 2025 tarixində dərc olunub.

Azərbaycanda Məhərrəmlik ayı iyunu 26-na təsadüf edəcək.

Ucnoqta.az xəbər verir ki, bu, Qafqaz Müsəlmanlar İdarəsinin təqvimində qeyd edilib.

Belə ki, Aşura günü iyulun 5-nə təsadüf edəcək. Təqvimdə Məhərrəmlik ayının sonuncu günü iyulun 25-ni göstərir. Bundan sonra isə Səfər ayı başlayacaq.

Qeyd edək ki, Məhərrəmlik və ondan sonra davam edən Səfər ayında toylar təxirə salınır.

Müəllif: Ucnoqta.az redaksiyası