Ucnoqta.az
www.ucnoqta.az

Ceyhun Bayramov Andrey Sibiqa ilə təkbətək görüşüb

12:22 - 25 May 2025 tarixində dərc olunub.

Azərbaycan və Ukrayna xarici işlər nazirləri Ceyhun Bayramovla Andrey Sibiqa arasında təkbətək görüş keçirilir. 

Ucnoqta.az xəbər verir ki, C.Bayramov ukraynalı həmkarını qarşılayıb. 

Görüş zamanı tərəflər iki ölkə arasında əməkdaşlıq, regional təhlükəsizlik məsələləri, eləcə də qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Müəllif: Ucnoqta.az redaksiyası