Ucnoqta.az
www.ucnoqta.az

Avtobusda sərnişinləri bıçaqla qhədələyən qadın saxlanılıb

10:26 - 20 May 2025 tarixində dərc olunub.

Bakıda ictimai nəqliyyatda kəsici alətlə qeyri-adekvat hərəkətlər edən qadın saxlanılıb.

Bu barədə Ucnoqta.az-a DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib.

Qeyd olunub ki, Bakıda ictimai nəqliyyatda kəsici alətlə qeyri-adekvat hərəkətlər edən 1957-ci il təvəllüdlü qadın polis əməkdaşları tərəfindən saxlanılıb. Onun sağlamlıq vəziyyəti nəzərə alınaraq barəsində qanunamüvafiq tədbirlər görülüb.

Müəllif: Ucnoqta.az redaksiyası