Ucnoqta.az
www.ucnoqta.az

İsmayıllıda çay kənarından avtomat tapıldı - FOTO

13:21 - 13 May 2025 tarixində dərc olunub.

İsmayıllı rayonunun Diyallı kəndi ərazisindən keçən çay kənarında odlu silah-sursat tapılması barədə polisə məlumat daxil olub. 

Ucnoqta.az xəbər verir ki, polis şöbəsinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilərkən oradan “Kalaşnikov” markalı avtomat, daraq və patronlar aşkarlanaraq götürülüb. Silah-sursat ekspertizaya göndərilib. 

Araşdırmalar aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası