Ucnoqta.az
www.ucnoqta.az

Balıq tutan kişini "tok" vurdu

17:36 - 12 May 2025 tarixində dərc olunub.

Xızıda bədbəxt hadisə baş verib. 

Ucnoqta.az xəbər verir ki, hadisə rayonun Giləzi qəsəbəsi ərazisində qeydə alınıb.

Sumqayıt şəhər sakini, 1985-ci il təvəllüdlü Bayram Sabir oğlu Muradovu balıq tutarkən elektrik cərəyanı vurub. 

Xəstəxanaya yerləşdirilən B.Muradovun vəziyyəti orta-ağırdır. 

Araşdırmalar aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası