Ucnoqta.az
www.ucnoqta.az

Zəlzələ zamanı uçan binada ölənlərin sayı 51-ə çatıb

13:09 - 22 Aprel 2025 tarixində dərc olunub.

Banqkokda baş verən zəlzələdə tikilməkdə olan Baş Auditor İdarəsinin binasının uçması nəticəsində ölənlərin sayı 51-ə çatıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Tailand paytaxtının administrasiyası məlumat yayıb.

Məlumata görə, 30 mərtəbəli binanın dağıntıları altında itkin düşmüş 43 nəfərin ola biləcəyi üçün xilasedicilər axtarış işlərini davam etdirir.

Müəllif: Ucnoqta.az redaksiyası