Ucnoqta.az
www.ucnoqta.az

İranın xarici işlər naziri Moskvaya gedəcək

15:56 - 16 Aprel 2025 tarixində dərc olunub.

İranın xarici işlər naziri Abbas Əraqçi aprelin 17-də Rusiyaya rəsmi səfər edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə İslam Respublikasının səfiri Kazım Cəlali X-də yazıb.

Cəlali bildirib ki, İran və Rusiya arasında yüksək səviyyəli təmasları davam etdirən doktor Əraqçi sabah Moskvaya səfər edərək yüksək rütbəli Rusiya rəsmiləri ilə məsləhətləşmələr aparacaq.

Müəllif: Ucnoqta.az redaksiyası