Ucnoqta.az
www.ucnoqta.az

Cənubi Koreya polisi prezident ofisində axtarışa cəhd edib

09:46 - 16 Aprel 2025 tarixində dərc olunub.

 Xüsusi polis təhqiqat qrupu təhlükəsiz telefon danışıqları məlumatlarını saxladığı güman edilən serverləri ələ keçirmək üçün Cənubi Koreya prezidentinin ofisinə və Hannam-donqdakı iqamətgahına yenidən axtarış etməyə çalışır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yonhap xəbər agentliyi məlumat yayıb.

İstintaq qrupu səhər saatlarında administrasiyaya və iqamətgaha gəlib və prezidentin mühafizə xidmətinə axtarış qərarı verib. Polis öz vəzifələrini yerinə yetirərkən hakimiyyət orqanlarına mane olması ilə bağlı iddiaları araşdırır. 

Müəllif: Ucnoqta.az redaksiyası