Ucnoqta.az
www.ucnoqta.az

Çin lazer silahları olan döyüş təyyarəsini təqdim edib

10:55 - 15 Aprel 2025 tarixində dərc olunub.

Çində lazer silahları ilə təchiz edilmiş qırıcı təyyarənin yeni modeli reklam çarxında təqdim olunub.

Ucnoqta.az xəbər verir ki, bu barədə “IntelliNews” Telegram kanalı məlumat yayıb.

Videodan görünür ki, J-36 təyyarəsinin gövdəsində gizlədilmiş, lazer şüası ilə düşmən raketlərini vura bilən silahlar var.
Çinin döyüş təyyarələri üçün operativ lazer silahı texnologiyasına sahib olub-olmaması və ya bunun perspektiv inkişaf olub-olmadığı hələlik bəlli deyil.

Müəllif: Ucnoqta.az redaksiyası