Ucnoqta.az
www.ucnoqta.az

Myanmada 5,3 bal gücündə zəlzələ qeydə alınıb

06:33 - 14 Aprel 2025 tarixində dərc olunub.

Myanmanın paytaxtı Naypyitaw şəhərindən 10 km qərbdə 5,3 bal gücündə zəlzələ baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Tailandın Meteorologiya Departamenti məlumat yayıb.

Məlumata görə, zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Müəllif: Ucnoqta.az redaksiyası