Ucnoqta.az
www.ucnoqta.az

Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 1000-i ötdü (YENİLƏNİB)

09:05 - 29 Mart 2025 tarixində dərc olunub.

Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 1002 nəfərə çatıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb.

Daha 2376 nəfərin yaralandığı qeyd edilir.

08:55

Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı artır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Myanmar Now məlumat yayıb. Qeyd olunur ki, yeraltı təkanlar nəticəsində 800-dən çox adam ölüb.

Xatırladaq ki, ötən gün Myanmada 7,7 və 6,4 bal gücündə ardıcıl iki zəlzələ baş verib.

Müəllif: Ucnoqta.az redaksiyası