Ucnoqta.az
www.ucnoqta.az

Tərtərdə kənddən silahlar aşkarlanıb

13:30 - 24 Fevral 2025 tarixində dərc olunub.

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən silah-sursatın aşkarlanması məqsədi ilə tədbirlər görülür.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində rayonun Həsənqaya kəndi ərazisindən 2 "Kalaşnikov" avtomatı və 5 tüfəng tapılaraq götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Müəllif: Ucnoqta.az redaksiyası