Ucnoqta.az
www.ucnoqta.az

Günəşdə güclü partlayış olub

10:33 - 23 Fevral 2025 tarixində dərc olunub.

Bazar günü səhər Günəşdə güclü M sinifli partlayış qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a Tətbiqi Geofizika İnstitutundan (FGBU "IPG") məlumat verilib.

Qeyd olunur ki, saat 05:13-də 4001 (N25W82) ləkələr qrupunda rentgen diapazonunda 23 dəqiqə davam edən M4.9 alovu qeydə alınıb. 

Müəllif: Ucnoqta.az redaksiyası