Ucnoqta.az
www.ucnoqta.az

Bakıda mebel sexi yanıb

09:45 - 21 Fevral 2025 tarixində dərc olunub.

Bakıda mebel sexi yanıb.

Bu barədə Ucnoqta.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, Nərimanov rayonunda ümumi sahəsi 220 m² olan sexin yanar konstruksiyaları 120 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası