Ucnoqta.az
www.ucnoqta.az

Qəzza sövdələşməsi üzrə növbəti danışıqlar hələ başlamayıb - HƏMAS

00:00 - 21 Fevral 2025 tarixində dərc olunub.

Qəzza zolağında atəşkəs razılaşmasının ikinci mərhələsi üzrə danışıqlar hələ faktiki olaraq başlamamışdır.

Ucnoqta.az xəbər verir ki, bu açıqlama ilə Fələstinin HƏMAS hərəkatının nümayəndəsi Abdel Lətif əl-Kanua çıxış edib.

“Razılaşmanın ikinci mərhələsi üzrə danışıqlar faktiki olaraq hələ başlamayıb, lakin HƏMAS nəzərdə tutulduğu kimi, bu danışıqlarda iştirak etməyə hazırdır”, - deyə əl-Qanua bildirib.
O, İsrailin baş naziri Benyamin Netanyahunu müqavilənin ikinci mərhələsi üzrə danışıqları gecikdirməkdə ittiham edib.
Əl-Kanua məsləhətləşmələrin harada keçiriləcəyi barədə məlumat verməyib.

Müəllif: Ucnoqta.az redaksiyası