Ucnoqta.az
www.ucnoqta.az

Mask Zelenskinin hərbi çağırışlardan yayınmasına işarə etdi

08:07 - 19 Fevral 2025 tarixində dərc olunub.

ABŞ Hökumətinin Effektivliyi Ofisinə rəhbərlik edən İlon Musk Volodimir Zelenskinin dəfələrlə hərbi çağırışdan yayınması ilə bağlı məlumatlara diqqət çəkib.

Ucnoqqta.az xəbər verir ki, o, irlandiyalı jurnalist Çay Bousun X səhifəsində yerləşdirdiyi yazıya iki nida işarəsi ilə şərh verib.
Bous öz nəşrində Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonun Zelenskini dörd dəfə çağırış vərəqələrindən yayınmaqda ittiham edən açıqlamalarına işarə edib.

Müəllif: Ucnoqta.az redaksiyası