Ucnoqta.az
www.ucnoqta.az

Finlandiya ATƏT-in himayəsi altında Ukraynada sülhməramlılar yerləşdirilməsinə razıdır

00:04 - 19 Fevral 2025 tarixində dərc olunub.

Ukraynada atəşkəs xətti boyunca potensial sülhməramlı missiya Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) himayəsi altında təşkil oluna bilər.

Ucnoqta.az xəbər verir ki, bunu Finlandiyanın baş naziri Petteri Orpo deyib.

O bildirib ki, bir variant atəşkəs xəttinə nəzarət etməkdir. Onun sözlərinə görə, belə bir missiya ATƏT-in himayəsi altında təşkil oluna bilər.
Eyni zamanda, Baş nazir vurğuladı ki, sülhün qorunması gücdən fəal istifadə tələb edir. 

“ABŞ-dan qarışıq siqnallar gəlsə də, indiki vəziyyətdə ən mühüm müttəfiqimizlə transatlantik əlaqələri gücləndirmək mütləq lazımdır. Avropa və Finlandiyanın təhlükəsizliyi əsasən ABŞ-ın töhfəsindən asılıdır”, - Orpo bildirib.

Müəllif: Ucnoqta.az redaksiyası