Ucnoqta.az
www.ucnoqta.az

Bank kartından oğurluq edən şəxs saxlanılıb

15:19 - 18 Fevral 2025 tarixində dərc olunub.

Yasamal rayonu ərazisində bir nəfərə məxsus bank kartından 3781 manatının oğurlanması barədə polisə məlumat daxil olub.

Ucnoqta.az-a DİN-dən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 19 yaşlı A.Həmidov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası