Ucnoqta.az
www.ucnoqta.az

İsrail ordusu Livanda beş mövqedə qalacaq

12:52 - 18 Fevral 2025 tarixində dərc olunub.

Livanın cənubunu tərk edən İsrail ordusu Livan ərazisində beş mövqedə mövcudluğunu qoruyacaq.

Ucnoqta.az xəbər verir ki, bunu İsrail Müdafiə Nazirliyinin rəhbəri İsrael Katz X-də yazıb.

Katz vurğulayıb ki, İsrail ordusu "Hizbullah"a qarşı tam tədbirlər görməyə davam edəcək.
Nazir bildirib ki, oktyabrın 7-dəki reallığa qayıtmağa imkan verməyəcəyik.

Müəllif: Ucnoqta.az redaksiyası