Ucnoqta.az
www.ucnoqta.az

Texasda 5,0 bal gücündə zəlzələ baş verib

10:51 - 15 Fevral 2025 tarixində dərc olunub.

ABŞ-ın Texas ştatının qərb hissəsində 5,0 bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, təbii fəlakətin ocağı 8 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Müəllif: Ucnoqta.az redaksiyası