Ucnoqta.az
www.ucnoqta.az

Gədəbəydə minik maşını aşıb, xəsarət alanlar var

19:20 - 14 Fevral 2025 tarixində dərc olunub.

Gədəbəydə yol nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Saratovka kəndində qeydə alınıb. Hərəkətdə olan "TOFAŞ" markalı minik maşını idarəetmədən çıxaraq aşıb.

Qəza zamanı 1974-cü il təvəllüdlü E.Qurbanov və 1992-ci il təvəllüdlü F.İbrahimov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası