Ucnoqta.az
www.ucnoqta.az

AFFA “Kəpəz”i cərimələyib

14:47 - 12 Fevral 2025 tarixində dərc olunub.

AFFA “Kəpəz” klubunu cərimələyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Buna Gəncə klubunun Misli Premyer Liqasının XXII turunda “Araz-Naxçıvan”la matçda 4 futbolçusunun sarı vərəqə ilə cəzalandırılması səbəb olub. Nəticədə klub 700 manat cərimələnib.

Müəllif: Ucnoqta.az redaksiyası