Ucnoqta.az
www.ucnoqta.az

Xətaidə anbar və sexdə yanğın olub

19:18 - 23 Yanvar 2025 tarixində dərc olunub.

Bakı şəhərinin Xətai rayonunda yanğın olub.

Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 220 m² olan bir dam altında tikilən birmərtəbəli tikilinin (anbar, sex və transformator otağı) sahəsi 110 m² gigiyenik məhsulların süzülməsi sexində 2 ədəd aparat və aparatlara quraşdırılan, həcmi 400 litr və 200 litr çənlərdə olan tibbi spirt yanıb.

Yüksək temperaturdan 2 ədəd aparatın üzlük hissəsi, sexin lambirdən ibarət tavanı 100 m² sahədə və 1 ədəd kondisioner əriyib. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası