Ucnoqta.az
www.ucnoqta.az

Tramp Kiyevin təhlükəsizliyini təmin edərsə, ... - Zelenski

14:29 - 23 Yanvar 2025 tarixində dərc olunub.

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampın Ukraynanın təhlükəsizliyinə zəmanət verməsi şərti ilə Rusiya prezidenti Vladimir Putinlə danışıqların mümkünlüyünə işarə verib.

Ucnoqta.az xəbər verir ki, elenski Bloomberg-ə müsahibəsində deyib: "Bunu daha da yaxınlaşdırmaq üçün hər şeyi edəcəyəm. Əgər prezident Tramp, inanıram ki, Ukrayna üçün bizə güclü və dönməz təhlükəsizliyi təmin edə bilsə, o zaman biz diplomatik yolla gedəcəyik. Mən başa düşürəm ki, Rusiyasız müharibəni diplomatik yolla bitirmək mümkün deyil”.

Müəllif: Ucnoqta.az redaksiyası