Ucnoqta.az
www.ucnoqta.az

Əməkdar artist vəfat edib

10:08 - 20 Yanvar 2025 tarixində dərc olunub.

Əməkdar artist Mövsüm Hüseynov vəfat edib.

Bu barədə Sumqayıt Dövlət Dram Teatrından məlumat verilib.

Bildirilib ki, o, uzun sürən xəstəlikdən sonra həyatını itirib.

Qeyd edək ki, Mövsüm Hüseynov 1958-ci il iyun ayının 13-də Laçın rayonunda anadan olub.

Aktyor Sumqayıt Dövlət Musiqili Dram Teatrında, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında və Bakı Bələdiyyə Teatrında çalışıb.

Müəllif: Ucnoqta.az redaksiyası