Ucnoqta.az
www.ucnoqta.az

69 yaşlı qadını maşın vurub

09:47 - 19 Yanvar 2025 tarixində dərc olunub.

Sabunçuda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, avtomobil yolu keçən 1956-cı il təvəllüdlü Əntiqə Əliyeva vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Müəllif: Ucnoqta.az redaksiyası