Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtda narkotacir həbs olundu

14:11 - 17 Yanvar 2025 tarixində dərc olunub.

Sumqayıtda əməliyyat zamanı 20 kiloqram narkotik vasitə aşkarlanıb.

Ucnoqta.az DİN-ə istinadla xəbər verir ki, əvvəllər məhkum olunmuş 38 yaşlı Kamil Məmmədov qeyd edilən əməldə şübhəli bilindiyi üçün saxlanılıb.

Ondan ümumilikdə 20 kiloqram, o cümlədən 12 kiloqram marixuana, 8 kiloqram tiryək və metamfetamin, eləcə də 200 ədəd psixotrop tərkibli metadon həbi aşkar edilib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Müəllif: Ucnoqta.az redaksiyası