Ucnoqta.az
www.ucnoqta.az

Rusiyanın bölgələri üzərində 27 PUA vurulub

08:27 - 16 Yanvar 2025 tarixində dərc olunub.

Rusiya hava hücumundan müdafiə sistemləri Rusiya Federasiyasının dörd regionu üzərində 27 Ukrayna PUA-nı tutaraq məhv edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, 15 PUA Belqorod vilayəti, 7-si Voronej vilayəti, 3-ü Tambov vilayəti və 2-si Kursk vilayəti ərazisi üzərində zərərsizləşdirilib.

Müəllif: Ucnoqta.az redaksiyası