Ucnoqta.az
www.ucnoqta.az

Xaçmazda gizlədilən avtomat tapılıb

11:54 - 8 Yanvar 2025 tarixində dərc olunub.

Xaçmaz sakinində avtomat aşkarlanıb.

DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Xaçmaz rayon sakini əvvəllər məhkum olunmuş Rüstəm Qeybullayevin qanunsuz olaraq odlu silah-sursat saxlaması barədə polisə məlumat daxil olub.

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin şəxs saxlanılıb. Ondan 3 ədəd patron və gizlətdiyi yerdən 1 ədəd “Kalaşnikov” markalı avtomat silahı aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə R.Qeybullayev barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Müəllif: Ucnoqta.az redaksiyası