Ucnoqta.az
www.ucnoqta.az

Özbəkistan-Azərbaycan münasibətləri uğurla inkişaf edir

19:10 - 7 Yanvar 2025 tarixində dərc olunub.

Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidov Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev ilə görüş keçirib və görüş zamanı bildirib ki, ikitərəfli və çoxtərəfli Özbəkistan-Azərbaycan münasibətləri misilsiz inkişaf edir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Özbəkistan diplomatiyasının rəhbəri Telegram kanalında yazıb.

“2025-ci ildə iki ölkənin xarici işlər nazirlikləri müxtəlif sahələrdə ambisiyalı əməkdaşlıq gündəmini təşviq etmək üçün birgə işləyəcəklər”, - nazir qeyd edib.

Müəllif: Ucnoqta.az redaksiyası