Ucnoqta.az
www.ucnoqta.az

Avropada qazın qiyməti cüzi artıb

11:23 - 2 Yanvar 2025 tarixində dərc olunub.

Ukrayna ilə tranzitin ləğvindən sonra ilk hərracda Avropada qazın qiyməti 1% artıb.

Ucnoqta.az xəbər verir ki, Londonun ICE birjasının məlumatına görə, Rusiya qazının Ukrayna ərazisindən tranzitinin dayandırılmasından sonra keçirilən ilk birja ticarəti zamanı Avropada qazın qiyməti orta dərəcədə 1% artıb.

Niderlandın TTF qovşağında fevral fyuçerslərinin dəyəri 1 min kubmetr üçün 543,4 dollara qədər artıb. 

Müəllif: Ucnoqta.az redaksiyası