Ucnoqta.az
www.ucnoqta.az

Saatlıda 4 otaqlı ev yanıb

10:22 - 26 Dekabr 2024 tarixində dərc olunub.

Saatlıda yanğın olub.

Bu barədə FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonunun Kamallı kəndində ümumi sahəsi 143 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası