Ucnoqta.az
www.ucnoqta.az

İlham Əliyev gələn il üçün ehtiyac meyarının həddini təsdiqləyib

18:19 - 24 Dekabr 2024 tarixində dərc olunub.

Azərbaycanda ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2025-ci il üçün ehtiyac meyarının həddi 285 manat müəyyənləşib.

Ucnoqta.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu təsdiqləyib.

Qanun 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.

Müəllif: Ucnoqta.az redaksiyası