Ucnoqta.az
www.ucnoqta.az

Putin Azərbaycan prezidentini təbrik edib

10:42 - 24 Dekabr 2024 tarixində dərc olunub.

Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevi ad günü münasibətilə təbrik edib

Ucnoqta.az xəbər verir ki, bu barədə Putinin Kremlin saytında dərc olunmuş mesajında ​​deyilir.  

Rusiya Federasiyasının Prezidenti İlham Əliyevlə dostluq münasibətlərini yüksək qiymətləndirdiyini və ikitərəfli və beynəlxalq gündəliyin aktual məsələləri üzrə əməkdaşlığı davam etdirməkdən məmnun olacağını qeyd edib.

“Hörmətli İlham Heydəroviç, sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıram”, - deyə Putin qeyd edib.

Müəllif: Ucnoqta.az redaksiyası