Ucnoqta.az
www.ucnoqta.az

Cənubi Koreyada hərbi bazada partlayış baş verib

08:08 - 23 Dekabr 2024 tarixində dərc olunub.

 Koreya Respublikasının cənub-şərqindəki Gimhae şəhərindəki hərbi bazada partlayış baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.

Məlumata görə, üç nəfər yanıq xəsarətləri alıb.
Bildirilir ki, partlayış  təchizat bazasında yeni tikilmiş təhlükəli materialların saxlanması çəninin yoxlanılması zamanı baş verib.
Hadisənin səbəbi hələlik məlum deyil.

Müəllif: Ucnoqta.az redaksiyası