Ucnoqta.az
www.ucnoqta.az

Bolqarıstanda sərnişin qatarı relsdən çıxıb

00:01 - 23 Dekabr 2024 tarixində dərc olunub.

Bolqarıstanın Qabrovo şəhəri yaxınlığında sərnişin qatarı dəmir yoluna düşən qaya parçası ilə toqquşub və relsdən çıxıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Bolqarıstan Teleqraf Agentliyi məlumat yayıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb, qəza bölgəsində qatarların hərəkəti müvəqqəti dayandırılıb.
Qatar sərnişinləri təyinat yerinə avtobuslarla daşınacaq.

Müəllif: Ucnoqta.az redaksiyası